“İKİ DƏFƏ ŞUŞANI QAYTARMAĞA CƏHD ETDİK...” – Paşinyan Sarukyana cavab verdi

11-11-2020, 18:59           
“İKİ DƏFƏ ŞUŞANI QAYTARMAĞA CƏHD ETDİK...” – Paşinyan Sarukyana cavab verdi
Harada olduğunu açıqlamayan Nikol Paşinyan özünün “feysbuk” səhifəsindən canlı yayımlarını davam etdirir.

“AzPolitika.info” xəbər verir ki, Qarabağdakı məğlubiyyətin detallarını açıqlamağa başlayan baş nazir Şuşa barədə danışıb.

Budəfəki açıqlamasında Paşinyan deyib ki, ermənilər Şuşanı itirdikdən sonra iki dəfə şəhəri geri qaytarmağa cəhd ediblər. Onun sözlərinə görə, birinci cəhd tam uğursuzluğa düçar olub. İkinci cəhddə isə guya erməni birləşmələrinin bir dəstəsi Şuşaya girə bilib. Lakin bu dəfə də lazımi nəticə əldə edilməyib və vəziyyəti dəyişmək mümkün olmayıb. Paşinyan Ermənistan tərəfinin son günlərədək Şuşanın guya itirilmədiyi barədə məlumatlarının da məhz bu dəstəylə bağlı olduğunu söyləyib.

Hansısa dəlikdə gizlənən Paşinyan müxalifət liderlərindən olan Qaqik Sarukyanın onu satqınlıqda ittiham etməsinə də cavab verib. Paşinyan deyib ki, Sarukyan özü dəstə düzəldərək Qarabağa döyüşə gedəcəyini bəyan etsə də, bundan yayınıb.

Sarukyan həm də guya Rusiyanın hələ oktyabrın 28-də bölgəyə sülhməramlı qüvvələrinin daxil edilməsinə dair təklif irəli sürdüyünü, lakin Paşinyanın bununla razılaşmadığını iddia edib. Paşinyan isə bu ittihamı inkar edərək, onun absurd olduğunu söyləyib. Və bildirib ki, hələ oktyabrın 22-də özü Rusiya telekanalına verdiyi müsahibədə Rusiyanın sülhməramlı kontingentinin bölgəyə gəlməsinin vacibliyini qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.