Paşinyanın tərəfdarları Qarabağdakı Rusiya sülhməramlılarına qarşı çıxmağı təklif ediblər

12-11-2020, 07:15           
Paşinyanın tərəfdarları Qarabağdakı Rusiya sülhməramlılarına qarşı çıxmağı təklif ediblər
Hakim "Mənim addımım" parlament fraksiyası Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətə Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə qarşı çıxmağı təklif edir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə fraksiyanın yaydığı bəyanatda deyilir.

Bəynatda bildirilir: "Qarabağ müharibəsinin sona çatmasına dair razılaşmanın qanuniliyini müzakirə etmədən əvvəl müxalifətə Rusiyanın vasitəçiliyinə qarşı olduqlarını bəyan etmələrini, Rusiya sülhməramlılarının münaqişə bölgəsindən çıxarılmasının tərəfdarı olduqlarını və müharibəni davam etdirməyə razılıq vermələrini təklif edirik".

Fraksiyada hesab edirlər ki, müxalifət qüvvələrindən "bərpa ediləcək müharibədə qələbə qazanmaq üçün yol xəritəsi" təqdim etmələri tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru