Britaniyada koronavirusdan ölənlərin sayı 50 mini ötüb

12-11-2020, 09:16           
Britaniyada koronavirusdan ölənlərin sayı 50 mini ötüb
COVID-dan ölənlərin sayı sürətlə artır



Böyük Britaniyada pandemiya başlayandan bəri koronavirusdan ölənlərin sayı 50 mini keçib.



AYNA istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.



Bildirilib ki, son sutka ərzində yoluxma sayı 22 950, ölüm sayı isə 595 nəfər olub. Bu, may ayından bəri ən böyük göstəricidir.



Qeyd edək ki, bir gün əvvəl yoluxma 20412, ölüm sayı isə 532 nəfər olmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.