İrəvanda “Bayraktar” uçur, növbəti hədəf... - Erməni qorxusu

12-11-2020, 11:18           
İrəvanda “Bayraktar” uçur, növbəti hədəf... - Erməni qorxusu
“Bu gün, sözün əsl mənasında, İrəvan səmalarında “Bayraktar” uçur”.

Publika.az xəbər verir ki, bu sözləri erməni aktyor Edqar Elbakyan özünün feysbuk səhifəsində yazıb.

O, Azərbaycan Ordusunun Dağlıq Qarabağ və ətraf əraziləri işğaldan azad etmək uğrunda apardığı hərbi əməliyyatlardan qorxusunu hələ indi dilə gətirməyə cəsarət edib: “Bunu xüsusilə “bununla (kapitulyasiya bəyanatı red.) Ermənistanı xilas etdik” tezisini sevənlərə çatdırın. Növbəti hədəf, cənuba gedən yolun keçdiyi Tiqranaşen (Kyarki) olacaq. Ermənistan daxilində beynəlxalq səviyyədə tanınmış Azərbaycan yaşayış məntəqələri olan Sofullu, Bərxudarlı, Əskiparan (Tavuş) olacaq. Sonra deməyin ki, sizi xəbərdar etməmişəm. Qarabağdan qoşunları çıxardıqdan sonra növbəti hədəf onlar olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru