Erməni müxalifəti açıqladı: iki saatdan sonra... - Şok gəlişmə

12-11-2020, 11:23           
Erməni müxalifəti açıqladı: iki saatdan sonra... -
Ötən gün keçirilən mitinq gözləntilərimizi ortaya qoydu. Nikol Paşinyanın izmaladığı təslim olma razılaşmasını qəbul etmirik.

Teleqraf.com xəbə verir ki, bu sözləri Daşnaksütyun Partiyasının funksioneri Arsvik Minasyan Baş nazir Paşinyanın istefasını tələb edən qüvvələrin ortaq mətbuat konfransında səsləndirib.

O, əlavə edib ki, Paşinyan sadəcə bir səbəbdən ölkəni idarə edə bilməz: “Əgər baş nazir kapitulyasiya imzalayar, “torpaq icarəyə verər” və sonra özünə bəraət qazandırmağa çalışaraq günahkarlar axtararsa bu mümkün olmaz. Danışıqlar masasında vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirə biləcək bir adamın lazım olduğuna əminik”.

Faşist təfəkkürlü Minasyan əlavə edib ki, söhbət hakimiyyət uğrunda mübarizədən deyil, erməni milli onurğa sütununun bərpasından gedir: “Bu gün hüquq mühafizə orqanları müxalifət liderlərini qaçırmağa və nəzarətə götürməyə çalışıb, lakin bu, bizi parçalamayacaq, əksinə, daha böyük addımlar atmağımızı təşviq edəcək”.

Sonda bəyan edilib ki, erməni xalqı bu gün keçiriləcək mitinqə dəvət olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru