Çin və Hindistan razılığa gəldi

12-11-2020, 11:26           
Çin və Hindistan razılığa gəldi
Eastnews.org-un verdiyi xəbərə görə, Hindistan və Çin zirehli maşınları, topçu silahlarını və digər ağır silahları iki ölkə arasındakı faktiki nəzarət xəttindəki Şərqi Ladaxdakı təmas nöqtələrindən çıxarmaq barədə razılığa gəlib.

Bu barədə Hindistanın hərbi mənbələrinə istinadən “The Times of India” məlumat verib.

“Silahların geri çəkilməsi Ladaxın şərqindəki Panqonq Tso - Chuşul bölgəsindən üç mərhələdə həyata keçiriləcəkdir. Bu yüksək dağ bölgəsində davam edən yeddi aylıq hərbi gərginliyi aradan qaldırmaq üçün böyük bir addım olacaq”, - deyə məlumatda bildirlib.

Tərəflərin qüvvələri çəkməsini razılaşdırması üçün gündəlik məsləhətləşmələr apardıqları qeyd edilir.

Xatırladaq ki, Hindistan-Çin sərhədindəki Şərqi Ladaxdakı vəziyyət may və iyun aylarında Çin və Hindistan əsgərləri arasında baş verən qarşıdurmalardan sonra kəskinləşib. Toqquşmalar zamanı azı 20 Hindistan və 45 Çin əsgəri öldürülüb. Bundan sonra Delhi və Pekin qoşunlarının bölgədəki konsentrasiyasını artırdılar. Ladaxdakı Hindistan qrupunun sayı 50 min əsgərə qədər artırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.