Ermənistan vətandaş müharibəsinin astanasında – Petrosyandan açıqlama

13-11-2020, 07:43           
Ermənistan vətandaş müharibəsinin astanasında –
“Erməni Milli Konqresinin dünənki guya bizim hansısa düşərgəni dəstəkləməyimizlə bağlı bəyanatı istər mövcud hökumətin düşərgəsini, istərsə də müxalifəti səhv istiqamətə yönəltdi”.

News.am xəbər verir ki, bu sözləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan yaydığı bəyanatda bildirib.

“Aydındır ki, mövcud hakimiyyət uğrunda mübarizənin nə iştirakçısı, nə də tərəfdarıyıq. Müxalif düşərgələrdən hansının bu problemi həll etməsindən asılı olmayaraq, bizi yalnız vətəndaş müharibəsindən qaçmağın, mövcud böhrandan yalnız konstitusiya yolu ilə çıxmağın tərəfdarıyıq.

Əlbətdə ən çox arzu olunan variant iki tərəf arasındakı razılaşmadır. Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılığına gəldikdə, ən azından müharibənin bitdiyini və itkilər olmayacağına dair vacib bir həqiqəti bir reallıq kimi qəbul etmək lazımdır. Razılaşmanın həyata keçirilməsi və Qarabağ probleminin son həll prosesi yaxın gələcək üçün bir məsələdir, buna Ermənistan bütün ciddiyyəti ilə hazır olmalıdır”, - deyə Ter-Pertosyan qeyd edib. /Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.