Britaniya ordusunun baş qərargah rəisi hərbi təlim zamanı itkin düşüb - FOTO

13-11-2020, 10:42           
Britaniya ordusunun baş qərargah rəisi hərbi təlim zamanı itkin düşüb - FOTO
Britaniyada Solsberi yaxınlığındakı hərbi təlimdə kurioz hadisə baş verib. Belə ki, ölkənin Quru Qoşunlarının Baş Qərargah rəisi, general Mark Karlton Smit tədbir zamanı itkin düşüb.

Bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, general əsgərlərin ruh yüksəkliyini artırmaq üçün “Wildcat” helikopterindən paraşütlə tullanıb. Lakin məlum olub ki, o, səhv bölgəyə atılıb. Enişdən sonra hərbçilər onunla əlaqə qura bilməyiblər.

Hadisənin gecə vaxtı baş verməsi generalın axtarışını çətinləşdirib.

Bir müddət sonra qərargah rəisi hərbçilərin gözləmədiyi yerdə tapılıb.oxu.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.