Paşinyana ŞOK: fraksiyası dağılır, aldatdığı millət vəkilləri…

13-11-2020, 12:03           
Paşinyana ŞOK: fraksiyası dağılır, aldatdığı millət vəkilləri…
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ölkə miqyasında etiraz dalğası davam edərkən hökumətində də etirazlar başlayıb.

Teref.az publika.az-a istinadən xəbər verir ki, Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokundan olan millət vəkili Vardan Atabekyan Qarabağla bağlı fikir ayrılıqlarına görə fraksiyadan çıxmaq qərarına gəlib.

O, onsuz da, müstəqil bir millət vəkili olaraq fəaliyyətini mövcud problemlərin həllinə yönəltmək haqqında düşünür.

Deputat əksər insanlar kimi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli bir bəyanat imzalandığını mətbuatdan öyrəndiyini qeyd edib. Atabekyana görə, deputat mandatından imtina etməməsinin yeganə səbəbi budur.

Qeyd edək ki, bu istefanın son olmayacağı ehtimalı yüksək qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru