Bayden amerikalılara söz verdi

14-11-2020, 01:59           
Bayden amerikalılara söz verdi
Terrorizmlə mübarizə aparacağıma və ABŞ-la müttəfiqlərini qoruyacağıma söz verirəm.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni prezidenti Co Bayden Tvitter səhifəsində yazıb.

“Bu gün İŞİD-in Parisə hücum etməsindən 5 il ötür. Bu, sadəcə Fransa əhalisinə deyil, bizim humanizmə edilən hücum idi”, - deyə Bayden qeyd edib.

Qeyd edək ki, 5 il öncə terrorçuların Parisin müxtəlif səmtlərində silsilə terror aktları törətməsi nəticəsində 130-dan insan həlak olmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.