Arutyunyandan şok etiraf: Saxta çəkilişlər paylaşdıq…

15-11-2020, 19:50           
Arutyunyandan şok etiraf: Saxta çəkilişlər paylaşdıq…
Keçmiş qondarma “dqr”in separatçı-terrorçu başçısı Araik Arutyunyan etiraf dolu açıqlama verib.

RealMedia.az erməni mediasına istinadən xəbər verir ki, Araik aşağıdakıları bildirib:

“Torpaqları kim satdı? Biz xalq olaraq bunu bir yerdə etdik, 18-20 yaşlı uşaqlarımızı satdıq. Biz bir yerdə satdıq”.

Arutyunyan bildirib ki, biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq. Nəticədə mühasirəyə düşmək təhlükəmiz yarandı. Ona görə də müqaviləyə imza atmalı olduq.

Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərə müraciət edən Araik Arutyunyan deyib ki, onlar İrəvanda keçirilən etiraz aksiyalarına qoşulmasınlar:

”Siyasi intriqalara qoşulmayın”.

O vurğulayıb ki, ermənilərə müharibədə qələbə çalmaq üçün 80-100 min nəfər döyüşçü lazım imiş. Ancaq onlar bu qədər döyüşçü toplaya bilməyiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.