Moldova MSK: Protokolların 90%-nin nəticələrinə görə Sandu irəlidədir

16-11-2020, 01:13           
Moldova MSK:
Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin 90 faizinin nəticələrini açıqlayıb.

"Report" xəbər verir ki, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 51,46 faiz səslə öndədir. Moldavanın hazırki prezidenti İqor Dodon isə 48,54 faiz səs toplayıb.

Moldova qanunvericiliyinə görə, prezident seçkilərinin qalibi etibarlı səslərin yarıdan çoxunu alan namizəd olacaq.

Xatırladaq ki, 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru