Serbiyada əyləncə müəssisələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edildi

16-11-2020, 04:21           
Serbiyada əyləncə müəssisələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edildi
Serbiyada bütün əyləncə müəssisələrinin fəaliyyəti 15 gün müddətinə məhdudlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Ana Brnabiç bildirib.

Onun sözlərinə görə, respublikada koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün əlavə ciddi məhdudiyyətlər tətbiq olunur: “Biz bütün əyləncə müəssisələrinin – restoranlarin, kafelərin, klubların – fəaliyyətinə məhdudiyyətlət tətbiq edirik”.

Baş nazir qeyd edib ki, bu müəssisələrin fəaliyyəti noyabrın 17-dən dekabrın 1-dək saat 21:00-dan 05:00-dək qadağan edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru