TƏCİLİ: Paşinyan ordunu Qarabağdan İrəvana çağırdı

16-11-2020, 02:05           
TƏCİLİ: Paşinyan ordunu Qarabağdan İrəvana çağırdı
“Bu gün cəbhə bölgəsindən onlarla videoya baxdım. Uşaqlar, haqlısınız. Yerevanda sizi gözləyirəm. Hasarın altında ulayanlarla məsələlərin birdəfəlik həlli üçün. Sizinlə qürur duyuram”.

Bu qeydlər bir neçə dəqiqə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən “Facebook” səhifəsində yerləşdirilib.

Ermənistanın müxalifətçi şərhçiləri bəyan ediblər ki, məhkəmələrdə siyasi rəqiblərinə qarşı mübarizədə uğursuzluğa düçar olduğuna görə, hökumətin başçısı özünə sadiq hərbi birləşmələri Yerevana çağırıb. Qeyd edək ki, bundan əvvəl Ermənistan məhkəmələri istintaq orqanlarının müxalifət liderlərinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarlarını ləğv ediblər.

Erməni müxalifətinin fikrincə, bu, vətəndaş müharibəsinə doğru ilk addımdır. Hökumət başçısı narazı insanları və müxalifəti ordunun siyasi proseslərə müdaxiləsi ilə hədələdiyi üçün…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru