İran Qasim Süleymaninin intiqamını alacağı ilə bağlı yenidən xəbərdarlıq edib

16-11-2020, 11:47           
İran Qasim Süleymaninin intiqamını alacağı ilə bağlı yenidən xəbərdarlıq edib
...İran yenidən Qasim Süleymaninin intiqamının alınacağı haqda xəbərdarlıq edib və generalın ölümündə əli olanların hamısının cəzasına çatacağını bildirib

İran yenidən Qasim Süleymaninin intiqamının alınacağı haqda xəbərdarlıq edib və generalın ölümündə əli olanların hamısının cəzasına çatacağını bildirib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Keşikçilər Korpusunun komandanı Hüseyn Səlami İraqın müdafiə naziri Annan Sadunu qəbul edərkən deyib.

Sepah generalı bildirib ki, İran Qasim Süleymaninin qatillərindən intiqamın alınması işini hökmən həyata keçirəcək.

O əlavə edib ki, İraq xalqı da sözügedən terror aktında öldürülən şəhid Əbu-Mehdi əl-Mühəndisin intiqamını alacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın göstərişi ilə Sepahın Qüds Korpusu general Qasim Süleymani və İraqın xalq Səfərbər Qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Müəhəndis Bağdad hava limanı yaxınlığında terror edilmişdilər. Terror aktı Qasim Süleymaninin açıq və rəsmi səfəri zamanı həyata keçirilib. İran bu terror aktına görə ABŞ-ın İraqdakı qüvvələrinin olduğu bazanı ballistik raketlərlə hədəfə alıb, lakin əsas intiqamın lazımi zamanda həyata keçiriləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru