Ermənistan prezidenti BƏƏ vəliəhdi Məhəmməd bin Zayidlə görüşüb

16-11-2020, 12:32           
Ermənistan prezidenti BƏƏ vəliəhdi Məhəmməd bin Zayidlə görüşüb
...xalqlarının qarşılıqlı maraqları dairəsində olan məsələləri və əlaqələrin inkişaf etdirilməsinin yollarını müzakirə ediblər

BƏƏ vəliəhdi və əmirliyin Silahlı Qüvvələrin Ali Komandanının müavini Məhəmməd bin Zayed Ali-Nihyan, bu ölkədə işgüzar səfərdə olan Ermənistan Respublikasının prezidenti Armen Sarkisyanı qəbul edib.

Teref.az bu barədə SalamNews-a istinadla xəbər verir.

Bildirilib ki, “vəliəhd və prezident Armin Sarkisyan Sahil sarayında Milli Təhlükəsizlik Məsləhətçisi Tahnoun bin Zayed Ali-Nihyanın iştirakı ilə baş tutan görüşdə dostluq və əməkdaşlıq münasibətlərini, bir sıra aktual regional və beynəlxalq məsələləri, o cümlədən iki ölkənin və xalqlarının qarşılıqlı maraqları dairəsində olan məsələləri və əlaqələrin inkişaf etdirilməsinin yollarını müzakirə ediblər.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru