Rusiyanın müdafiə naziri Paşinyanla görüşdü

21-11-2020, 11:23           
Rusiyanın müdafiə naziri Paşinyanla görüşdü
Rusiyanın müdafiə naziri Sergey Şoyqu noyabrın 21-də qurumlararası nümayəndə heyətinin tərkibində Yerevanda səfərdədir.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, Ermənistan hökumətinin mətbuat katibi Mane Gevrokyanın sözlərinə görə, Sergey Şoyqu artıq Nikol Paşinyanla görüşüb.

Bildirilib ki, Ermənistana Rusiyanın xarici işlər naziri Sergey Lavorov, baş nazirin müavinləri Aleksandr Novak, Aleksey Overçuk, fövqəladə hallar naziri Yevgeni Ziniçev və Rusiya hökumətinin başqa rəsmilərinin də Yerevana səfər edəcəyi gözlənilir.

Rusiyanın nümayəndə heyəti Yerevanada Ermənistan hökuməti ilə Azərbaycanın Qarabağ bölgəsinə rusiyalı sülhməramlılarının yerləşdirilməsi, Rusiyanın maliyyə, texniki yardımına dair məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də keçirdiyi müşavirədə Qarabağ sakinlərinə hərtərəfli yardım edəcəklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru