“Daimler” şirkəti işçilərinə min avro mükafat verəcək

2-12-2020, 07:44           
“Daimler” şirkəti işçilərinə min avro mükafat verəcək
Məşhur "Mercedes-Benz" markasının sahibi “Daimler” şirkəti işçilərinə koronavirus pandemiyası ilə əlaqədar çəkdikləri xərcləri ödəmək üçün Almaniyadakı işçilərinə 1 000 avro əlavə mükafat verəcək.

“Report” xəbər verir ki, bunu “Reuters”ə şirkətin idarə heyətinin üzvü Vilfried Port məlumat verib.

Agentliyin verdiyi məlumata görə, mükafat xüsusən də işçilərin infeksiyadan qorumaq üçün xərclədiyi vəsaiti qarşılamaq üçün verilir. Min avro şirkətin təxminən 160 min əməkdaşına şamil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru