Rusiya və Türkiyə Qafqazı “bölüşdürdü” – AB

4-12-2020, 19:29           
Rusiya və Türkiyə Qafqazı “bölüşdürdü” – AB
Rusiya və Türkiyənin münasibətlərindəki “astanalaşma” bu ölkələrə Suriya, Liviya və Qafqazı təsir sferalarına bölməyə imkan verdi.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

“Beş il əvvəl Türkiyə və Rusiya mərkəzi Aralıq dənizində mövcud deyildilər, indi isə onlar oyun aparırlar. Biz bir neçə oyunçu arasında digərlərinə müqavimət üçün kulisarxası işlərin mövcud olduğu çoxqütblü dünyada yaşayırıq. Biz bunu “astanalaşma” adlandırırıq. Rusiya və Türkiyə əvvəlcə ayrı idilər, amma ümumi maraqlar tapıblar. Daha sonra təsir zonaları bölüşdürmək barədə razılaşdılar. Bu, Suriyada, Liviya və Qafqazda baş verdi”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru