2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT

5-12-2020, 00:03           
2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT
Əgər ölkələr zəruri maliyyələşmə ayırmasalar, dünya 2021-ci ildə son 75 ilin ən ağır humanitar böhranı ilə qarşılaşa bilər.

Teref.az xəbər verir ki, bu xəbərdarlığı Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizli BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, son dörd ildə əsasən silahlı münaqişələr nəticəsində ölüm aclığı astanasında olan insanların sayı 80 milyondan 135 milyonadək artıb. COVID-19 səbəbindən isə bu rəqəm 270 milyona yüksəlib.

Devid Bizlinin sözlərinə görə, hazırkı mərhələdən baxanda 2021-ci il fəlakətli görünür. Lakin zəruri vəsait toplamaq mümkün olsa, qeyri-sabitliyin, aclıq və miqrasiyanın qarşısını almaq olar.modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru