Qiyamçılar paytaxtı mühasirəyə aldı - Dünya heyrətlə izləyir

23-01-2021, 09:05           
Qiyamçılar paytaxtı mühasirəyə aldı - Dünya heyrətlə izləyir
Mərkəzi Afrika Respublikasında üsyançı qruplaşmaların paytaxt Bangiyə hücumu ilə bağlı fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, hökumət nümayəndəsinin sözlərinə görə, rejim 15 gün qüvvədə olacaq və hərbi qulluqçulara məhkəmə sanksiyaları olmadan həbslər aparmaq imkanı verəcək.

Ölkə ərazisinin təxminən üçdəiki hissəsinə nəzarət edən üsyançılar paytaxtı mühasirəyə alıb. Ordu və BMT-nin sülhməramlı qüvvələri bu hücumu dayandırmağa çalışırlar.

Qiyamçılar prezident Fosten-Arkanj Tuaderanın yenidən bu posta seçilməsinin qanuni olması ilə razılaşmırlar. Ölkə hakimiyyəti isə öz növbəsində zorakılığı qızışdırmaqda sabiq dövlət başçısı Fransua Bozizeni ittiham edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru