Rusiyada 600-dən çox aksiyaçı saxlanıldı

24-01-2021, 10:13           
Rusiyada 600-dən çox aksiyaçı saxlanıldı
Rusiyanın paytaxtı Moskvada və digər şəhərlərdə müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq keçirilən aksiyalarda saxlanılanların sayı açıqlanıb.

TASS xəbər verir ki, Rusiyanın İctimai Nəzarət Komissiyasının icraçı katibi İvan Melnikovun məlumatına görə, 600-dən çox mitinq iştirakçısı saxlanılıb. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin 2501 nəfər olduğunu bildirir. Ən çox saxlanılanlar Moskva və Sankt-Peterburq şəhərindəndir.

Aksiyalarda 50-dək jurnalistin xəsarət aldığı qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.