Rusiya Qazaxıstandan çıxarılır: Astana imtina edir
10-02-2016, 09:51
Qazaxıstan Müdafiə Nazirliyi ölkənin qərbində yerləşən 600 min hektarlıq hərbi poliqonun Rusiyaya icarəyə verilməsini dayandırmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb. Mətbuat xidməti bu məsələyə Qazaxıstanın Müdafiə nazirinin müavini general-leytenant Okasa Saparovun iştirakı ilə Senatda baxılacağını bildirib. Üstəlik, Rusiya ordusundan alınacaq ərazilərdə faydalı qazıntıların hasilatının həyata keçiriləcəyi söylənilib.
Qeyd edək ki, bundan öncə Rusiya da Qazaxıstan ərazisindəki poliqonların icarəyə götürülməsini dayandırmaq niyyətində olduğunu bildirib. Rusiya mətbuatı Moskvanın bu addımı atmasına ölkədə yaranmış iqtisadi böhranın səbəb olduğunu iddia edib.Qazaxıstan Müdafiə Nazirliyi ölkənin qərbində yerləşən 600 min hektarlıq hərbi poliqonun Rusiyaya icarəyə verilməsini dayandırmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb. Mətbuat xidməti bu məsələyə Qazaxıstanın Müdafiə nazirinin müavini general-leytenant Okasa Saparovun iştirakı ilə Senatda baxılacağını bildirib. Üstəlik, Rusiya ordusundan alınacaq ərazilərdə faydalı qazıntıların hasilatının həyata keçiriləcəyi söylənilib.
Qeyd edək ki, bundan öncə Rusiya da Qazaxıstan ərazisindəki poliqonların icarəyə götürülməsini dayandırmaq niyyətində olduğunu bildirib. Rusiya mətbuatı Moskvanın bu addımı atmasına ölkədə yaranmış iqtisadi böhranın səbəb olduğunu iddia edib.