Rusiyada quş qripinin yeni növünə 7 nəfər yoluxub - Alimlərin qorxusu çin olur

22-02-2021, 20:30           
Rusiyada quş qripinin yeni növünə 7 nəfər yoluxub -
Rusiyada ilk dəfə dünyada quş qripinin insandan insana asanlıqla keçən və yayılan yeni ştammı ilə yoluxma faktı aşkarlanıb.

Virusu ölkənin cənubunda quş fabriklərinin 7 nəfər əməkdaşında tapıblar.

Milli.Az xəbər verir ki, Rospotrebnadzorun rəhbəri Anna Popova yeni elmi kəşf barədə məlumat verib.

"Vektor elmi mərkəzi laboratoriyasında ilk dəfə insanın quş qripi A (H5N8) virusuna yoluxması faktı sübut olunub.

Alimlər 7 nəfərin genetik materialında bu qripin viruslarını aşkarlayıb.

Quş fabrikinin əməkdaşları ötən ilin dekabrında həmin ərazidə baş verən quş qripi yayılması zamanı yoluxublar. Lakin onlar hansı virusa yoluxduqlarını bilməyiblər. O zaman insanlar və heyvanların qorunması üçün təcili tədbirlər görüldü və virusun yayılmasının sonrakı gedişatının qarşısı alındı"

Yeni qrip mutasiyası H5N8 quşdan insana keçə bilir və o artıq cinslər arasındakı hüceyrə baryerini aşa bilib.

Hələ ki, insandan insana bu virusun keçə bilməsi məlum deyil.

Rusiya bu araşdırmanı və faktı Dünya Səhiyyə Təşkilatına göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru