ABŞ-ın BMT yanında daimi nümayəndəsinin namizədliyi təsdiqləndi

24-02-2021, 08:43           
ABŞ-ın BMT yanında daimi nümayəndəsinin namizədliyi təsdiqləndi
ABŞ Konqresinin Senatı Linda Tomas-Qrinfildin BMT yanında daimi nümayəndə vəzifəsinə namizədliyini təsdiq edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 68 yaşlı diplomatın namizədliyini 78 senator dəstəkləyib, 20 senator isə onun namizədliyinə qarşı çıxıb.

Qeyd edək ki, L.Tomas-Qrinfild diplomatik xidmətə 1982-ci ildə başlayıb. O daha əvvəl Dövlət Departamentində yüksək vəzifələrdə çalışıb. 2008-2012-ci illərdə ABŞ-ın Liberiyadakı səfiri, 2013-2017-ci illərdə isə dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru