Moskvada “Suriya Kürdüstanı”nın nümayəndəliyi açılıb
11-02-2016, 09:27
Rusiyanın paytaxtında “Suriya Kürdüstanı”nın nümayəndəliyi açılıb.
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, ictimai təşkilat qismində açılan nümayəndəlik əslində “Kürdüstan”-ın Moskvadakı qeyri-rəsmi səfirliyi kimi fəaliyyət göstərəcək.
“Suriya Kürdüstanı”nın Avropa və Amerika üzrə nümayəndəsi Sənəm Məhəmməd bildirib ki, Moskva missiyasının açılışı Rusiya ilə bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək.
Təşkilat yaxın gələcəkdə digər ölkələrdə də missiyalar yaratmaq niyyətindədir. Belə ki, növbəti mərhələdə Almaniya, Fransa, İsveç və ABŞ-da “Suriya Kürdüstanı”nın nümayəndəliklərinin fəaliyyətə başlaması nəzərdə tutulub.