Amerika şirkətləri ölkə ərazisindəki bütün neft quyularının 2/3-sini bağlayıb.
Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, bunu bu gün International Petroleum weekand forumunda çıxış edən Total neft şirkətinin başçısı Patrik Puyanne deyib.
“2015-ci ilin mart ayından ABŞ-da neft hasilatının azalması müşahidə olunur. Azalma sutkada 500 min barel sürəti ilə davam edir. Bu azalmanın hansı sürətlə davam edəcəyini bilmirik, amma hazırda neft quyularının 2/3-si işləmir”, - Puyanne bildirib.
Total şirkətinin prezidentinin sözlərinə görə, dünya bazarında neftin izafi həcmi 2% təşkil edir. O, həmçinin qeyd edib ki, neftin qiymətini proqnozlaşdırmaq mümkün deyil.