1111 karatlıq almaz

12-02-2016, 09:05           
1111 karatlıq almaz
2015-ci ilin son aylarında ortaya çıxan dünyanın ən böyük almazı sonunda öz adına qovuşub. Son 100 ildə ən böyük almaz olaraq qeydə alınan 1111 karatlıq almaz artıq “Lesida La Rona” adlandırılacaq. Bu ad Afrika dilində “işığımız” kimi tərcümə olunur.

Almazın sahibi olan kanadalı Lucara şirkəti dəyərli daşa ən yaxşı adı vermək üçün yarışma təşkil edib. 11 mindən çox adın içindən almaza seçilən ad “Ernest an Young” şirkəti tərəfindən qorunacaq. Kanadalı şirkət almazı tapdığını açıqladıqdan sonra qiyməti xeyli artıb. Almazın dəyərinin nə qədər olduğu hələ açıqlanmayıb. Bu günə qədər onu almaq üçün 40 milyon dollar təklif edildiyi deyilib. Lakin daşın qiymətinin 66 milyon dollar ola biləcəyi də istisna edilmir.

Məlumat üçün bildirək ki, indiyədək ən böyük almaz 1905-ci ildə Afrikada tapılmışdı. “Cullinan Diamond” adlı almaz 3106 karat olub. Hazırda o, İngiltərənin Krallıq ailəsinə məxsus Tower of London muzeyində sərgilənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.