Arestoviç: NATO Rusiyaya bu ərazidən hücum edəcək

3-04-2021, 09:50           
Arestoviç: NATO Rusiyaya bu ərazidən hücum edəcək
Rusiya ilə müharibə hazırlığını görmək üçün NATO-nun “Defender Europe 2021” təlimlərinə ehtiyacı var.

Teref.az xəbər verir ki, bunu Ukraynanın Donbas üzrə üçtərəfli danışıqlar qrupundakı nümayəndəsi Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, Baltik dənizi akvatoriyasından Qara dənizə qədər Rusiya ilə müharibə hazırlığı aparılır.

Arestoviçin sözlərinə görə, alyans qüvvələri birləşdirməyə və onların yerləşdirilməsinə, maddi-texniki məsələləri həll etməyə başlayıb:

“Əsas diqqət – Balkanlar və Krım, eləcə də Krımın şimalında hər şey… Bunlar açıq mənbələrdir, heç kim gizlətmir”.

Qeyd edək ki, may-iyun aylarında NATO “Defender Europe 2021” adı altında Soyuq müharibədən bəri ən böyük hərbi təlimini keçirəcək. Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru