TÜRKÜN YAZILI TARİXİ 8-Cİ MİNİLLİKDƏN START GÖTÜRÜR, COĞRAFİYASI SARIÇAYDAN APENNİNƏ QƏDƏR UZANIR

Bu gün, 15:04           
TÜRKÜN YAZILI TARİXİ 8-Cİ MİNİLLİKDƏN START GÖTÜRÜR, COĞRAFİYASI SARIÇAYDAN APENNİNƏ QƏDƏR  UZANIR
AŞAĞIDAKI KİTABLARIN MÜƏLLİFİNƏ FİLOSOF YAZAR
RÖVŞƏN ŞİRƏLİYEV BELƏ QİYMƏT VERİR:
"TÜRKOLOGİYA ELMİNİN FATEHİ !"
***
Ona sonsuz təşəkkürümü Nükəbbərdən (Göylərdən) dərməklə yanaşı, onu deyim ki, əziz dost, mən Türkologiya elmi ilə məşğul olmuram. Gənclik illərimdən Sovet İttifaqında Moskvada nəşr olunan "Советская Тюркология" jurnalının hər nömrəsini gözümə təpərdim. Qürur duyardım - hər yerdə ki, Türkü aşağılayan Sovet siyasəti belə bir jurnalın çapına icazə verir və belə bir elmin varlığına susur.
Türkün qədimliyini anlamağa başladığım aspirant illərindən gördüm ki, Sovet türkoloqları TÜRKÜN 8 MİNİLLİK YAZILI TARİXİNİN QAYNADIĞI AZMAN TİYANDAN (şəkilə bax) cəmi-cümlətanı son 1500 illiyi ilə əlləşirlər. Necə deyərlər, əllərində kəfkir qaynayan Qızıl Tiyanın yalnız kəfin yığırlar.
Qazanın aşağı qatlarından qətiyyən xəbərləri yoxdur.
Ona görə Müasir Türkologiya Elmini belə adlandırmaq olar:
TİYAN BƏKMƏZİ VƏ ONUN KÖPÜ (şəkilə baxın)
***
2014-ün Aprel-May aylarını Bakıda keçirdim. AzTV-nin verilişlərindən birində Azərbaycanın məşhur bir türkoloq - akademiki Türk tarixindən millətə moizə oxuyurdu. Yazıçı, filosof Qardaşım ƏLİ VƏLİOĞLU və ailəsi ekrana qulaq kəsmişdilər və qürurla dinləyirdilər. Mənimsə akademikə yazığım gəldi.
Azərbaycan Sovet dərsliklərində Türk tarixi barədə nə yazılmışdısa - elə onu da danışırdı. Bir hərf u yan-bu yana çıxmırdı. Çıxammırdı.
Mənim o zaman "Mixiologiya"dan 2-3 kitabım çıxmışdı artıq.
O, akademik "Əcdad"ı oxumaqdan, ondan söhbət açmaqdan imtina etmişdi. Rəssam qardaşım FƏXRƏDDİN ƏLİ deyirdi ki, kitabı ona verən anda - o zaman hələ Təhsilimizə nazirlik də edirmiş - dodaqları arasında nəsə dedi. Bir xeyli susdu, qızardı, bozardı, pörtdü, kitabın için açmamış bəyənmədiyini gizlədə bilmədi. Hər nəydisə, Qardaşımın yanında şükür, məni söyə bilməmişdi.
BDU-da işləyəndə hərdənbir Türkologiya kafedrasına gedirdim. Dostlarım, professor Elbrus müəllimlə (hələ onunla bir məqalə də çap elətdirmişdik qəzetdə), mərhum dosent Cəfərliylə söhbətimiz tuturdu. O zaman u kafedranın müdiri professor bir söz deyə bilməsə də, gəlişimə acıyırdı. Mən də onun səviyyəsindəydim.
O kafedra müdiriydi, mən Elmi laboratoriyanın müdiri.
Nəyi deyirəm?
Türkün təkcə elə yazılı tarixi 8 MİN İLDİR, RÖVŞƏN MÜƏLLİM.
.
İlk 8-6-cı Minilliklər - PİKTOQRAM - ŞƏKİL YAZILAR DÖVRÜDÜR.
8-6-cı Minilliklər Pikto - (Şəkil) yazılardan Mixi yazılara stilizə yolu ilə
-------keçid dövrüdür.
6-cı Minillik - Mixi yazılara keçid dövrüdür.
6-cı-2-ci Minilliklər (4 min il sərasər) Mixi yazılarla Türkcə Gil
----------lövhələrə şıdırğı dünyəvi elmlərdən nümunələr qazımaq
----------(biti etmək) dövrüdür.
2-ci Minillik Mixi yazının unudulduğu period sayılır.
TÜRKÜN TÜRKOLOGİYA ELMİ 4 PERİODA BÖLÜNÜR.
I Period - "ŞUMEROLOGİYA" - MİİXİOLOGİYA dövrü də adlandırmaq
-----------olar (e.ə. 8-2-ci minilliklər).
II Period - TURAN DÖVRÜ - özü də ARALIQ DƏNİZİ TURAN DÖVRÜ.
-----------Tarixin Atası Herodot onu TİRREN adlandırır.
-----------Akademik Marr isə - TÜRKÜN ARALIQ DƏNİZİ DÖVRÜ.
-----------Mən Bu dövrü "Eteologiya, Eteokiprologiya,
-----------Eteokriptologiya, Pelasqologiya" şöbələrinə bölüb,
-----------bütövlükdə, "TURANLOGİYA" elminin bərqərar olduğu
-----------dövr adlandırardım.
III Period - ETRUSKOLOGİYA - 60 Etrusk şəkilli yazısı TÜRKCƏDİR !
IV Period - Türkün Şərq Epopeyası Dövrü - Göy Türklər, Hunlar,
------------Orxon-Yenisey, Sayano-Ural-Sİbir türkləri, Altay Türkləri.-------------Bu dövrün yaşı 1500 ildir.
Bax Türkoloqların araşdırdıqları və başlarını qatdıqları və ya başları çıxdıqları dövr yalnız bu perioddur.
MƏN TÜRKOLOQ DEYİLƏM, RÖVŞƏN MÜƏLLİM. TÜRKOLOQLAR SON 1500 illikdə Günəşin Neytron NÜVƏSİNDƏN GÜC ALIB ŞƏMƏŞİN ÖZÜ KİMİ DAİMA QAYNAYAN TÜRK TİYANININ (DÜNYASININ) LAP YUXARIDA KƏF YIĞANLARDIR.
MƏN, TÜRK TİYANINDA İNDİYƏ KİMİ BAŞ VURULMAMIŞ DƏRİNLİYİ VƏ SƏRHƏDLƏRİ BİLİNMƏYƏN BİR OYKÜMENİN 3 PERİODUNDA TƏK-TƏNHA BURULĞAN, FIRTINA YARADAN ALLAHIN ÖZÜNÜN GÖNDƏRDİYİ "TURANOLOQAM".
HERODOTUN diliylə desək "TİRRENOLOQ".
Görürsünüzmü TÜRKÜ kökündən arayanda elmə nə qədər yeni-yeni TERMİNLƏR gəlir.
Bu terminlərin hamısını Türkoloğiyaya gətirirəm ki, qulaqlar dolsun.
_________________________
Şəkildə: TÜRK TARİXİNİ İLK DƏFƏ HƏLƏLİK 4 YAZILI PERİODA BÖLƏN TÜRK OYKÜMENİNİN SXEMİ. Sxemi ilk yaradan özüməm. Təkmilini də edəcəyəm.
Tariyel Azerturk
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru