"Seçkidə səs vermək fərzi-ayndır, qutuya səs verilməyən bülleten atmaq haramdır" - Xamneyi
17-02-2016, 01:37
İranın dini lideri Xamneyi 26 fevralda keçiriləcək seçkilər öncəsi qalmaqallı fətvası ilə gündəmə gəlib.
Avropa.info xəbər verir ki, Xamneyi seçkilərdə səs verməyin fərzi-ayn (hamıya fərz olan:red) seçki qutusuna səs verilməyən səsvermə bülletenini atmağın haram olması haqqında fətva verib.
Fətvalar Xamneyinin informasiya ofisinə aid internet saytında dərc olunub.
Sayt vasitəsi ilə iranlıların suallarını cavablandıran Xamneyi "Qadının, ərinin icazəsi olmadan səs vermək üçün evdən çıxması caizdirmi" sualına dini lider "qadının səs verməyə getmək üçün ərinin izninə tabe deyil" cavabı verib.
Qeyd edək ki, fevralın 26-da İran parlamentinə seçiklər keçiriləcək