Kamala Harrisi hədələyən tibb bacısı saxlanıldı

18-04-2021, 10:43           
Kamala Harrisi hədələyən tibb bacısı saxlanıldı
ABŞ-ın vitse-prezidenti Kamala Harrisi sui-qəsdlə təhdid edən Florida Ştatının sakini saxlanılıb. Azvision.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Söhbət Miamidə yaşayan 39 yaşlı afroamerikalı Nivian Felpsdən gedir. Səlahiyyətli orqanların məlumatına görə, fevral ayında həbs cəzası çəkən ərinə müvafiq təhdidləri əks etdirən video və fotoşəkilləri göndərib. Qadın orada ABŞ prezidenti Co Baydenə və vitse-prezident Kamala Harrisə qarşı nifrətini ifadə edib. Nəzarətə alınan qadını 5 ilə qədər həbs gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru