Peskov Putinin Sibir sevgisindən danışıb

18-04-2021, 21:08           
Peskov Putinin Sibir sevgisindən danışıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Sibir sevgisi barədə danışıb.

APA bildirir ki, Peskov bu barədə “Rossiya 1” telekanalına verdiyi müsahibəsində söyləyib. O, qeyd edib ki, Rusiya Prezidenti digər tərəfdən Uzaq Şərqi də ziyarət edir, Soçini və Krasnaya Polyananı sevir. Peskov Putinin Krımı da çox sevdiyini bildirib. Bütün bu bölgələrin içində isə Rusiya Prezidentinin Sibiri daha çox sevdiyini vurğulayıb.

Peskov onu da qeyd edib ki, mart ayının sonunda prezident müdafiə naziri Sergey Şoyqu ilə birlikdə bir həftə sonunu Sibirdə keçirib:


“Tayqa boyunca gəzdilər. Şoyqu Putinə hobbi olaraq quru ağacları emal etdiyi və onlardan əl işləri yaratdığı atelyesini də göstərdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru