Bolqarıstan daha bir rus diplomatı ölkədən qovur

30-04-2021, 00:02           
Bolqarıstan daha bir rus diplomatı ölkədən qovur
Bolqarıstan hökuməti bir rus diplomatı “arzuolunmaz şəxs” elan etməyə qərar verib.
Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin bu gün Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova ilə Baş nazir köməkçisi, XİN rəhbəri Yekaterina Zaxariyeva arasındakı görüşdən sonra yayımlanan açıqlamasında bildirilib.

“Bolqarıstan Xarici İşlər Nazirliyi daha bir rus diplomatı “persona non-qrata” elan edəcək və Rusiya hüquq-mühafizə orqanlarından Bolqarıstan silah anbarlarında baş verən partlayışların araşdırılması və bu cinayətləri törətmiş vətəndaşların tapılaraq ədalət mühakiməsinə çıxarılması istiqamətində Bolqarıstan hakimiyyət orqanlarına hərtərəfli kömək etməsini xahiş edəcək”,- açıqlamada qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru