“Sarkisyan hakimiyyəti artıq müxalifətlə hesablaşır” – Raffi Ovannisyan

18-02-2016, 20:41           
“Sarkisyan hakimiyyəti artıq müxalifətlə hesablaşır” – Raffi Ovannisyan
“Rejim müxalifətin arxasındakı gücü hiss edir. Bizi daha güclü edən qüvvə Serj Sarkisyan hakimiyyətindən cana doymuş sadə vətəndaşlardır”.

Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, bunu işğalçı ölkənin İrs Partiyasının sədri Raffi Ovannisyan deyib. Partiya sədri bildirib ki, artıq Sarkisyan hakimiyyətinin müxalifətlə hesablaşdığını aydın şəkildə sezmək mümkündür:
“Rusiyadakı havadarları əvvəlki kimi hakimiyyəti müdafiə etmirlər. Buna görə də, bir sıra məsələlərdə hakimiyyət müxalifətlə hesablaşmağa məcbur qalır. Onlar xalqı qıcıqlandıracaq qərarlara hələlik fasilə veriblər. Düşünürəm ki, ölkənin bütün müxalifəti birləşib bundan istifadə etməlidir. Çünki Serj hakimiyyətinin sütunları laxlayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.