Çin Avropa İttifaqı (Aİ) və ABŞ-a olan birbaşa investisiyaların həcmini kəskin şəkildə artırıb: Yalnız ötən ilin yanvar ayında ölkənin xarici investisiyalarının həcmi 12 milyard dollar olub.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.
Ötən il ümumilikdə, Çinin xarici investisiyalarının həcmi 118 milyard dollar təşkil edib. Yanvar ayından Çindən olan birbaşa qeyri maliyyə investisiyalarının həcmi 12,02 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 18,2% çoxdur. Yanvar ayında Çinin ABŞ-a olan investisiyalarının həcmi ötən ilin yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq 1,56 milyard dollar təşkil edib.
Çin, həmçinin Avropaya olan yatırımların sayı artıb. Belə ki, 2015-ci ildə Çinin İspaniyaya olan investisiyaların həcmi 2014-cü illə müqayisədə 57% artaraq 850 milyon avro olub.