İraqda “İslam dövləti” yaraqlıları 15 yaşlı yeniyetmənin qərb musiqisi dinlədiyinə görə başını kəsdilər.
Ekstremistlər Ayham Hüseyni Mosulda “CD pleyer” ilə yaxalayıblar.
Şəriət məhkəməsi gəncin edam edilməsinə hökm verib. Bundan sonra hökm yerli sakinlərin gözü qarşısında həyata keçirilib, gəncin cəsədi ailəsinə təhvil verilib.
İŞİD-in nəzarət etdiyi ərazilərdə musiqi alətlərində ifa etmək və musiqi sədaları altında oxumaq qadağandır. Bununla yanaşı cihadçılar naşidlərin ifasını ənənəvi musiqi anlayışında qəbul etməyərək dinləyirlər. (oxu.az)