Putin adminisrasiyasının binasında bomba axtarışı

19-02-2016, 01:50           

Rusiya prezidenti Vladimir Putinin administrasiyasında bu dəqiqələrdə axtarış aparılır.

Virtualaz.org "İnterfaks"a istinadən bildirir ki, bu, administrasiya binasında partlayıcı qurğunun olması ilə bağlı xəbərdarlıqla əlaqədardır.

Məlumata görə, hadisə yerinə müvafiq qurumların, o cümlədən FTX-nın əməkdaşları gəliblər.

Hələlik bu məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Bununla belə, saytın hadisə yerində olan müxbiri bildirib ki, orada həqiqətən də müxtəlif qurumların çoxlu əməkdaşları və maşınları var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.