Obama təsdiqlədi: KXDR-ə sanksiya tətbiqi... 19-02-2016, 02:31 ABŞ Prezidenti Barak Obama KXDR-ə qarşı tətbiq olunan sanksiyaların genişləndirilməsi haqda qanunu imzalayıb. Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin sədri Bob Korker verib. Xatırladaq ki, fevralın 17-də Ağ Evin mətbuat katibi Coş Ernest Obamanın bu qanunu təsdiqləmək niyyətində olduğunu açıqlamışdı. Qeyd edək ki, buna səbəb KXDR-in yanvarın 6-da hidrogen bombasını, fevralın 7-də isə növbəti ballistik raketi sınaqdan keçirməsidir. Facebook-da paylaş