Xristian-falanqistlər ilə bağlı olan Livan saytı “Kataeb” Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun istefa etdiyi haqqında məlumat yayıb.
Moderator.az “newsru.co.il”-ə istinadən xəbər verir ki, sayt “diplomatik mənbələrə “ istinad edir və onların versiyasına görə, Lavrov Rusiya prezidenti Vladimir Putindən onu vəzifəsindən “bilinməyən səbəbə” görə azad etməyi xahiş edib.
“Kataeb”-in versiyasına görə, Vladimir Putin Sergey Lavrovun bu xahişini yaxın günlərdə qəbul etmək niyyətindədir.
Digər heç bir mənbədə Sergey Lavrovun istefaya getmək planı barədə məlumat verilmir.
Lavrov Rusiya XİN-ə 2004-cü ilin yazından rəhbərlik edir, o, bu postda İgor İvanovu əvəz edib. Buna qədər Sergey Lavrov 10 il ərzində RF-nı BMT-də təmsil edib.