Avropa İttifaqının sammitində ziddiyyətlər...
19-02-2016, 23:26
Avropa İttifaqı sammitinin ilk günündə 28 dövlət Londonun təkid etdiyi islahatlar və mühacir böhranı ilə bağlı iki əsas məsələnin heç birində razılığa gələ bilməyib.
Euronews telekanalı xəbər verir ki, 27-lərlə Böyük Britaniya arasında gedən danışıqlar gecə saat 3-dək davam edib. İlk raund bitdikdən sonra Avropa Şurasının başçısı Donald Tusk Böyük Britaniya ilə danışıqlarda irəliləyişə nail olduqlarını, lakin hələ bir çox məsələlər üzrə müzakirələr aparılacağını bildirib.
Mühacir axını məsələsində isə Aİ liderləri bu problemə xüsusi sammit həsr etmək qərarına gəliblər. Həmin sammitə Türkiyə də dəvət olunacaq. Belə ki, hamı problemin həllində rəsmi Ankaranın prioritet rolunu başa düşür.
Fevralın 19-da da davam edəcək danışıqların əsas hədəfi Böyük Britaniya və Aİ-də islahatların əleyhdarları, xüsusən Fransa və Belçika arasında mövqelərin yaxınlaşdırılması olacaq. Londonun şərtlərindən biri Avropa İttifaqından mühacirlərə ayrılan sosial yardımın məhdudlaşdırılmasıdır.(AzərTAc)