Rusiyanın qətnaməsi BMT Təhlükəsizlik Şurasından keçmədi

20-02-2016, 10:15           

Rusiyanın Suriyadakı vəziyyətlə bağlı qətnaməsi BMT Təhlükəsizlik Şurasından keçmədi.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının bugünkü növbədənkənar iclasından sonra ABŞ və Fransanın təşkilatdakı daimi nümayəndələri jurnalistlərə təmsil etdikləri ölkələrin Moskvanın Suriyanın suverenliyi ilə bağlı təqdim etdiyi qətnamənin əleyhinə səs verdiklərini bildiriblər.

Hər iki ölkənin nümayəndəsi bəyan edib ki, Rusiyanın təqdim etdiyi sənədin gələcəyi yoxdur.

Xatırladaq ki, Rusiya cümə günü BMT TŞ-nin iclasını çağıraraq, Suriyadakı vəziyyətin və Türkiyənin bu ölkənin şimalına mümkün müdaxiləsinin müzakirə edilməsini tələb etmiş, bununla bağlı müvafiq qətnamə lahiyəsi təqdim etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.