Qəddafinin devrilməsinin şok səbəbi - 143 ton qızıl və dollardan imtina ideyası/VİDEO

21-02-2016, 00:30           
Qəddafinin devrilməsinin şok səbəbi - 143 ton qızıl və dollardan imtina ideyası/VİDEO
Liviyanın sabiq lideri Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsinin əsl həqiqətləri ortaya çıxıb.

Bu həqiqətlər ABŞ-ın sabiq dövlət katibi, hazırda ABŞ-da prezidentliyə iddialı Hillari Klintonun məktublarının açıqlanmasından sonra ortaya çıxıb.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq dövlət katibinin gizli yazışmları ortaya çıxıb. Hansı ki, bu yazışmlada Liviya lideri Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsi ilə bağlı maraqlı məlumatlar yer alıb.

M.Qəddafinin devrilməsinin əsas tərəfdarlarından biri olan H. Klinitonun gizli yazışmları Liviya liderinin devrilməsinə səbəb onun 143 ton qızıla sahib olması ilə yanaşı, bu ölkənin böyük neft ehtiyatı və digər qiymətli ehtiyatlarına malik olması ilə bağlıdır.

Belə ki, Vaşinqton dollarla rəqabətə girə biləcək panafrika valyutasının yaradılmasından ehtiyyatlanıb və bu səbəbdən də Ağ Ev M. Qəddafinin devrilməsinə qərar verib.

Əslində Liviyada ölənlər azadlıq uğrunda və diktaturadan qurtuluş uğrunda deyil, onlar 143 ton qızıla, neftə və bir də digər var-dövlətə görə ölüblər. Necə ki, bu var-dövlət Qəddafidən sonra “azadlıq uğrunda” mübarizə aparan Liviya xalqına qalmadı. Əslində isə Liviya bu gün parçalanmış və acınacaqlı vəziyyətdədir.

H. Klintonun gizli yazışmaları davam edir və ona görə də bizi Barak Obamanın hakimiyyətinin ilk illərində baş vermiş hadisələrlə bağlı yeni həqiqətlərin ortaya çıxması gözləyir.

Qeyd edək ki, H. Klinton dövlət katibi işlədiyi dövrdə şəxsi poçtundan çox gizli məlumatlar yazmaq üçün istifadə etməkdə ittiham olunur. Bununla bağlı onun barəsində cinayət işinin açılması tələb olunsa da, indiyədək bu mümkün olmayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.