Rusiyadan Türkiyə ilə müharibə sualına - Reaksiya

21-02-2016, 00:52           

Suriyanın şimalında olan Əsəd qüvvələri Türkiyənin açdığı atəşə məruz qalır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmiri Peskov çıxış edib.

Peskov ona ünvanlanan "Türkiyə ilə Rusiya arasında müharibə başlayarmı?" sualını belə cavablandırıb:

"Bu, yersiz verilən bir sualdır. Çünki Suriyanın şimalında olan kürdlərlə, Əsəd qüvvələri Türkiyənin açdığı atəşə məruz qalır".

Peskov Rusiyanın Suriya ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına təqdim edilən sənədin qəbul edilməməsindən dolayı təəssüfləndiyini qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.