İŞİD Litvaya ultimatum verdi

21-02-2016, 01:37           

İŞİD terrorçuları Litvaya qarşı ultumatum irəli sürərək, bu ölkənin kompensasiya ödəməli olduğunu bildiriblər.

Virtualaz.org Litvada yayımlanan BaltNews.lt saytına istinadən xəbər verir ki, ultimatumun şərtlərinə görə, tələb olunan məbləğ ödənilməyəcəyi təqdirdə terrorçular Yonava dəmiryolu qovşağını partladacaqlarını bildiriblər.

Qeyd olunur ki, həmin qovşaq ABŞ-dan Litvaya gətirilən hərbi yüklərin çatdırıldığı son məntəqədir və Amerika əsgərlərinin bazası da burada yerləşir.

Litva seyminin milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Arturas Paulauskas alınan ultimatumun şərtlərini açıqlamaqdan imtina edib. «Əgər bu, axmaq zarafat deyilsə, dövlətə qarşı ciddi təhlükədir», - komitə sədri belə deyib.

Ultimatumda İŞİD-in tələb etdiyi pulun məbləği jurnalistlərə bildirilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.