Yunanıstan İrandan gündəlik 60 000-150 000 barel neft almaq niyyətindədir

21-02-2016, 11:30           

Yunanıstan İrandan gündəlik 60 000-150 000 barel neft almaq niyyətindədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft nazirinin müavini Əmir Hüseyn Zamanini bildirib.

“Yunanıstanın “Hellenic Petroleum” neft şirkəti İrandan gündəlik 60 000 barel neftin tədarük olunmasına dair saziş imzalayıb. Bu həcm 150 000 barelədək artırıla bilər”, - deyə iranlı məmur bildirib.

Hüseyn Zamanininin sözlərinə görə, saziş fevralın əvvəlində, Yunanıstanın baş naziri Aleksis Tsiprasın Tehrana səfəri zamanı imzalanıb. İranlı məmur bank xarakterli problemlər həll olunduqdan dərhal sonra neftin tədarükünə başlanacağı qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.