Almaniya qəzeti “Dünya müharibəsinin ssenarisi”ndən yazdı
21-02-2016, 21:01
Almaniyanın "Welt" qəzeti bugünkü yayımında dünya liderlərinin fotolarını manşet edərək, “Dünya müharibəsinin ssenarisi” başlıqlı altında məqalə dərc edib.
Musavat.com xəbər verir ki, qəzetin siyasət səhifəsində yenə tam səhifə verilən xəbərdə dünya müharibəsi ehtimalına yer verilib.
Verilən xəbərdə diqqət çəkən məqamlar belədir: “Suriya böhranında lider dövlətərin qarşılıqlı maraqları şiddətlə toqquşur. Qlobal qarşıdurmalar artıq qaçılmaz olub. Fikirləşin ki, müharibə oldu. Hərbi qarşıdurma ssenarisi içində Rusiya-ABŞ qarşıdurması baş tutarmı?
"Barıt çəlləyi" halına gələn Suriya bütün fəlakət ssenarilərinə açıqdır. Lider dövlətlər arasında qarşıdurma və müharibə uzun müddət idi ki, düşünülmürdü. Artıq hər şey ola bilər. Böyük müharibələr həmişə xırda səbəblərdən meydana gəlib.
Rus, amerikan, türk qırıcı təyyarələri havada açıq ova çıxdılar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz pilotlarına "yaşıl işıq" yandırdı. Türkiyə-Suriya sərhədində hava qarşıdurmalarının yaşandığı dəyişik müharibə ssenarisi açıqlandı.
Fransa prezidenti Fransua Olland ötən həftə verdiyi açıqlamada bildirdi ki, Türkiyə və Rusiya arasında hər an müharibə baş verə bilər. Prezident Ərdoğan NATO-nu müharibəyəmi çəkmək istəyir?”