Buryatiyada Kreml əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.
Euro Asia News xəbər verir ki, etiraza səbəb Buryatiya torpaqlarının Çin firmalarına icarəyə verilməsidir.
“Buryatiyalıların etirazına səbəb olan başqa bir məsələ də çinlilərin özləri ilə bərabər işçi gətirməsi olub. Bu işçilərn adı çox zaman narkotik qaçaqmalçılığı, alkoqollu içki istehsalı, fahişəlikdə hallanır. Rusiya qanunları belə yerdə ümumiyyətlə keçərli olmur. Buryatiya müstəqillik üçün referendum keçirilməsini tələb edir. Əgər Buryatiya hakimiyyəti kənd təsərrüfatını inkişaf etdirmək istəyirsə, bununla özü məşğul olmalıdır. Yerli əhali qətiyyətlə çinlilərin əleyhinədir. Onlar öz cənub qonşularını yerli hakimiyyətdən daha yaxşı tanıyırlar” deyə məqalədə bildirilir teref.az