Rusiya Donbasda desant əməliyyatı hazırlayır 21-02-2016, 23:38 Rusiyanın hibrid ordusu Donbasda dəniz desant əməliyyatı hazırlayır. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, separatçılar Rusiyanın Qara Dəniz Donanmasının 810-cu əlahiddə briqadasının şəxsi heyətilə sıralarını gücləndirib. Öz niyyətlərini gizlətmək üçün DXR terrorçularının rəhbərləri silahlı qruplaşmaları qara beretlər, köynəklər və şevronlarla təchiz edib. Facebook-da paylaş