Rusiya Müdafiə Nazirliyi mümkün nüvə müharibəsi zamanı bütün yerüstü komanda məntəqələrinin məhv ediləcəyi halda cavab nüvə zərbəsini koordinasiya etmək üçün İl-80 təyyarəsinin bazasında yeni modernləşdirilmiş hava idarəetmə məntəqəsini sifariş verməyə hazırlaşır.
Bu haqda TASS-a açıqlamasında Rusiyanın “Uçuş” Elmi Tədqiqat Müəssisəsinin (Birləşmiş cihazqayırma korporasiyasının tərkibindədir) baş direktoru Aleksey Komyakov deyib.
“Belə planlar var, həm silahlı qüvvələrin Baş qərargahında, həm Hava-Kosmik Qüvvələrinin komandanlığında. Vəzifə qoyulub ki, bu təyyarələrin mövcud qruplaşması bu günün tələblərinə uyğun gücləndirilsin. Sənaye bu vəzifənin öhdəsindən gəlməyə hazırdır”-Komyakov bildirib.